Поиск

Zenfira Qurbanova Fashion Designer

Zenfira Qurbanova moda leyblı Bakıda yaradılıb. Markanın yaradıcısı və kreativ direktoru modelyer-rəssam Zenfira Qurbanova öz markası altında incə və ziyafət qadın geyimlərin uğurla buraxır.

You have a…

Всегда на вершине славы!

Zenfira Qurbanova Fashion style

_20160331_010245
Hər zaman şöhrət zirvəsində!

Look at Facebook!

img1459229683521

“Rəngarəng olduqca libas…”

_20160328_124852

“Qadın ruhundan anlayaq…” seriyasının daha bir parçasını sizlərə təqdim edirik. Zenfira Qurbanova rənglər haqqında nələr söylədi?

 

Z.Qurbanova:  “Artıq istilər gəlir və xoş bir əhval-ruhiyye yaratmaq ücün mütləq rənglərin seçimindən istifadə etmək lazımdır.

     Bu ilin Yaz-Yay mövsümunda rəngarəngliyə üstünlük veriləcək. Rəngarəng olduqça libas insanın könlünü, ruhunu oxşayır.

      Azərbaycanda çalışan modelyerlər bizim xanımların zövqünə uyğun rəngin secilməsinə imkan verirlər. Yani bir söznən demək olar ki bizim ölkədə dəb insanlara rəngi məcburi qəbul elətdirə bilmir. Bu gün biz görürük ki bir sıra inkişaf etmiş cəmiyyətlərdə adı çəkilən tendensiya yer alıb, insanlar rəng seçimində dəbin arxasınca gedirlər, və dəb nəyi təbliğ edirsə onu seçirlər.

     Lakin bizim xanımlar öz meylinə uyğun rəng seçimi edirlər, və buda bizim cəmiyyətin mentalitetinnən irəli gəlir. Digər bir səbəb isə bizim xanımların seçimdə azad olmasıdır, bir şərq qadını olaraq onlar kütlənin arxasınca qetmirlər, onlar özəl görünmək istəyirlər.

     Yeri gəlmişkən sizlərə bizim markanın kredosun, fəlsəfəsin anlatmaq istərdim: Unutmayın ki dəbdə hər bir insan özəldir! Hər birimizin həyatında dəb öz yerini alır və hər kəs öz obrazını özü yaradır!

Həmişə çalışın özəl olasınız, kimsəyə bənzəməyin! Siz bu formula riayyət edərsinizsə o zaman sizi dəblə geyinən bir qadın hesab etmək olar!”

“Qadın ruhundan anlayaq…”

_20160326_122748


“Qadın ruhundan anlayaq…” Zenfira Qurbanova dəbdən nələr danışdı? Bu səfərki mövzumuz ətirlərdir.


 

Zenfira xanım ətirlərin istifadəsi ilə bağlı bizim qadınlara hansı tövsiyələriniz var?

Ətirləri istifadə edərkən xanımlarımız bir neçə kriterilərə üstünlük verməlidirlər.

İlkin növbədə qeyd etmək istərdim ki bu gün seçim imkanları geniş oldugu ücun seçim etmək hec də asan olmayıb.
Moda elminə görə, qadın ətiri boyuna, yaşına və çəkisinə uyğun seçməlidir. Bu kriterilərnən bərabər saçın rəngin də götürmək olar.

Qadınların ətir seçimində daha bir əhəmiyyətli məqam var. Hər bir mövsümün özəl qoxuları olduqu ücun ətiri mövsümə görə seçmək tövsiyyə olunur. Yaz ücun çiçək və meyvə qoxularından istifadə edin, qaldıki Yaya qəti yəni şirin qoxulardan istifadə etməyin, Yay aylarında mütləq yüngüllüyü hiss etdirən qoxulardan istifadə edin. Yaz-Yay aylarında xanımlar daha duyğusal olmalıdılar, buna görə bu mövsümdə ağır ətirlərdən istifadə etməyin. Ağır və ədviyyalı ətirlərə isə Payız aylarında üstünlük verə bilərsiniz.
Zenfira xanım bizim xanımlar ətirlərdə düzgün seçim edə bilirlərmi?
Hər birimiz həmişə düzgün seçim etməyə bilərik. Səmimi olaq, hər şey bizim istədiyimiz kimi ideal olmur. Hardasa seçim ətməyə zaman catmadıqı ücün özəl, bizə uyğun qoxulardan istifadə etməyə bilərik. Bir söznən demək olarki seçim məsələsi imkan dairəsindən də aslıdır. Lakin bunlara baxmayaraq qadın hər zaman çalışmalıdır ki düzgün seçim etsin. Bunu bilin ki Gözəllik ruhun qidasıdır.


“Unutmayın ki dəbdə hər bir insan özəldir! Hər birimizin həyatında dəb öz yerini alır və hər kəs öz obrazını özü yaradır!” Z. Qurbanova


_20160326_181053

 

 

Dəri kolleksiyası

Original dəridən işlənmiş dəri karset; təmiz ipəkdən hazırlanmış və üzərində təbii kraskalarnan işlənmiş yupka. Əziz izləyicilər nəzərinizə catırıram ki hazırda bizim moda evində endirimlər aktivdir. Bizim butikdə təqdim olunan bütün paltarlar Azərbaycanda və digər 10 ölkədə təsdiq olunmuş Zenfira Qurbanova markasına məxsusdur.

Geyimdə azad ol! Hec kimə bənzəmə!

_20160325_234609

Блог на WordPress.com. Тема: Baskerville, автор: Anders Noren.

Вверх ↑